22 Sentyabr 2025, 12:31
MPL
"Sumqayıt" Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, bu, "kimyaçılar"ın mövsümdə ilk məğlubiyyəti olub.
Komandanın baş məşqçisi Saşa İliç matçdan sonra maraqlı açıqlama verib. Serbiyalı mütəxəssis rəqibdən daha yaxşı oynadıqlarını bildirib.
Statistikaya baxanda isə əksi görünür. Belə ki, statistik göstəricilərə görə üstünlük "Neftçi"nin tərəfində olub.
Qeyd edək ki, 5 turdan sonra 10 xal toplayan "Sumqayıt" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
