İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında 3-cü yeri tutub.

115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya isə 205 xalla Avropa çempionu olub.

Qeyd edək ki, yığmamızın heyətində Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest