14 Oktyabr 2025, 13:00
FUTBOL
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq.
Matc.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
14 oktyabr
Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)