"Rəqibin müdafiəçiləri mənə fokuslanmışdı. Bu o deməkdir ki, digər oyunçularımız üçün boşluq yaranır və bu, şansdır".
Ukrayna millisinin hücumçusu Artyom Dovbik DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunun Azərbaycanla matçından (2:1) sonra ölkəsinin mətbuatına açıqlama verib.
Matc.az xəbər verir ki, "Roma"da çıxış edən forvard fasilə ərəfəsində buraxdıqları qolun onlara müsbət təsir etdiyini bildirib:
"Milli komandaların oyununda asan rəqib olmur. Hər kəs diqqətini cəmləşdirir, hər kəs əlindən gələni edir. Bəli, fasiləyə yaxın buraxdığımız qol bizi silkələdi, amma bunun belə başa çatması yaxşıdır. Əsas odur ki, üç xal qazandıq. Bəzi imkanlar var idi ki, və mən onlardan yararlana bilmədim. Rəqibin müdafiəçiləri mənə fokuslanmışdı. Bu o deməkdir ki, digər oyunçularımız üçün boşluq yaranır və bu, şansdır".