"Real" 2027-ci ilin yayında müqaviləsi başa çatan Tibo Kurtua ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, "kral klubu" belçikalı qolkiperə yeni sözləşmə təklif etməyəcək. Bu barədə "El Nacional" məlumat yayıb.

33 yaşlı qolkiper müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə Madrid təmsilçisini tərk edəcək.

Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində 16 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest