"Tottenhem"in futbolçusu İv Bissuma sıradan çıxıb.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin Madaqasqarla oyununda (4:1) zədələnib.

29 yaşlı oyunçu meydana daxil olduqdan 6 dəqiqə sonra ayağından zədə alıb. Meydanı xərəkdə tərk edən futbolçunun zədəsinin ciddi olduğu bildirilir.

Qeyd edək ki, əvvəlki zədəsini yeni sağaldan Bissuma bu mövsüm "Tottenhem"in heyətində meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest