"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Atletik"lə qarşılaşacaq.

Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün İspaniyaya yollanıb. Azərbaycan çempionunu aparan təyyarə saat 18:00-da yola düşüb.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" görüşü 22 oktyabr tarixində "San Mames" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. 2 turdan sonra "Qarabağ"ın 6 xalı var. "Atletik" isə keçirdiyi hər iki oyunda uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest