İsveç milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, yığmanı Qrem Potter çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. 50 yaşlı məşqçinin qarşısıına dünya çempionatına vəsiqə qazanmaq hədəfi qoyulub.

Qeyd edək ki, Qrem Potterin son iş yeri "Vest Hem" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest