"Beşiktaş" "Fənərbaxça"dan icarəyə götürdüyü Cengiz Ünderlə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, "qara qartallar" türkiyəli vingerin transfer hüququna yiyələnəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Ağ-qaralar" Cengiz üçün 6 miylon avroluq satınalma bəndini işə salacaq. Baş məşqçi Sergen Yılçın 28 yaşlı futbolçunun oyunundan razıdır.

Qeyd edək ki, "Beşiktaş" Cengiz Ünderi sentyabr ayında icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində keçirdiyi 6 matçda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest