"Yuventus" Daniele Ruqaninin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mərkəz müdafiəçisi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2013-cü ilin yayında "Empoli"dən transfer edib. 31 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində 4 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest