"Real" və "Liverpul"un sabiq baş məşqçisi Rafael Benites Yunanıstanda çalışacaq.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssis "Panatinaikos"la anlaşıb. 65 yaşlı çalışdırıcı yaxın günlərdə Afina klubu ilə müqavilə imzalayacaq.

Benites Yunanıstan Super Liqası tarixinin ən çox qazanan baş məşqçisi olacaq.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri "Selta" olub. O, 2024-cü ilin mart ayında istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest