"Şamaxı"dan ayrılan Maykl Tuikin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, braziliyalı vinger karyerasını Gürcüstanda davam etdirəcək.

Tuik "Qonia" ilə anlaşıb. 32 yaşlı futbolçu II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Maykl Tuik ötən mövsümün ikinci yarısında "Şamaxı"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest