"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniya millisinin üzvü hələlik yüngül qaçışlarla və məşqlərlə kifayətlənir.

22 yaşlı yarımmüdafiəçinin dekabrda kollektiv məşqlərə qoşulacağı gözlənilir. C.Musialanın iyulun əvvəlində klublararası dünya çempionatında, PSJ ilə matçda ayağı qırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest