23 Oktyabr 2025, 20:09
FUTBOL
"Milan"ın hücumçusu Santyaqo Ximenez sosial şəbəkədə yarımmüdafiəçi Luka Modriçin İtaliya nəhənginə keçdikdən sonra paltardəyişmə otağında mahnı oxumaqdan qaçmağa qərar verməsi ilə bağlı hekayə paylaşıb
Matc.az xəbər verir ki, Xmenes onlarda belə bir ənənə olduğunu, hər yeni oyunçu komanda yoldaşları qarşısında mahnı ifa etməli olduğunu qeyd edib.
"Biz soyunub-geyinmə otağına girdik və hər oyunçunun yerində yeni "iPhone" var idi. Modriç onları bizə verdi. O, hər birimizə bir telefon aldı. O, mahnı oxumaq əvəzinə, hamımıza telefon aldı".
Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi ötən yay "Milan"a keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub