Hadisə oyunun sonlarında baş verib. Futbolçu qəfil yerə yıxılıb və meydanı xərəkdə tərk edib. O, dərhal tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.
				  
 
Fransa Liqa 1-inin X turu çərçivəsində keçirilən “Marsel” - “Anje” matçında narahatedici hadisə baş verib.
Matc.az xəbər verir ki, meydan sahiblərinin yarımmüdafiəçisi və Mərakeş yığmasının üzvü Bilal Nadir meydançada huşunu itirib.
Hadisə oyunun sonlarında baş verib. Futbolçu qəfil yerə yıxılıb və meydanı xərəkdə tərk edib. O, dərhal tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.
Klubun rəsmi məlumatına görə, Nadirin vəziyyəti hazırda qənaətbəxşdir. O, huşunu itirməsə də, həkimlər əlavə yoxlamalar aparmaq üçün futbolçunu müşahidə altında saxlamağa qərar veriblər.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 
             
 









_1761922707.jpg)


_1761919595.jpg)


