31 Oktyabr 2025, 11:01
                
                
                
                                FUTBOL 
                                
                
               
              Millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women`s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.
				 _1761908608.jpg) 
 
Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.
Matc.az xəbər verir ki, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamız noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.

 
             
 








_1761922707.jpg)


_1761919595.jpg)



