PSJ-nin üç oyunçusu "Bavariya" (1:2) ilə oyunda zədələnib və bir neçə həftə oynaya bilməyəcəklər.

Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Söhbət Əşrəf Hakimi, Usman Dembele və Nuno Mendeşdən gedir.

Hakimi sol topuğunu burxub, Dembele baldırını zədələyib, Mendeşə isə sol dizində bağlarının dartılması diaqnozu qoyulub.

Həmçinin qeyd edilib ki, oyunçular milli komandalarına getməyəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest