“İnter” Çempionlar Liqasında uğurlu seriyasını davam etdirərək ardıcıl dördüncü qələbəsini “Kayrat” üzərində 2:1 hesabı ilə qazanıb.

Matc.az xəbər verir ki, Milan təmsilçisi avrokuboklarda iştirak etdiyi tarix ərzində hələ heç vaxt belə uğurlu start verməyib. A Seriyası nəhəngi turnirə 4 qələbə ilə başlayıb.

Rumıniyalı mütəxəssis Kristian Kivunun rəhbərliyi altında bu göstərici İtaliya klubunun debüt rekordudur. Hazırda “İnter” qrup mərhələsinin turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

Komanda beşinci turda səfərdə “Atletiko” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest