"Tottenhem" və "Liverpul"dan sonra İngiltərənin daha bir futbolçusu Rodriqoya "elçi düşüb".

Matc.az xəbər verir ki, "Mançester Siti" "Real"ın futbolçusunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Şəhərlilər" braziliyalı vingeri gələn ilin yayında heyətinə qatmağı planlaşdırır. Transferin təxminən 80 milyon avroya reallaşmaq ehtimalı yüksəl qiymətləndirilir.

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın əsas heyətində yerini itirib. 24 yaşlı oyunçu Madrid təmsilçisinin forması ilə keçirdiyi 16 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest