14 Noyabr 2025, 16:59
FUTBOL
"Atletiko"nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" Argentina millisinin üzvünü transfer etmək istəyir. London təmsilçisi 25 yaşlı futbolçu üçün İspaniya klubuna 150 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 18 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.












