"Bavariya"nın Konrad Laymerlə yeni müqavilə barədə danışıqları uğursuz alınıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Avstriyalı sağ cinah müdafiəçisi klubdan yeni sözləşmə üçün illik 15 milyon avro tələb edib. Münhen təmsilçisi ilə oyunçuya hazırkı maaşı olan 10 milyon avrodan yüksək məbləğ verməyi düşünmür. Hazırda danışıqlar dayanıb.

Qeyd edək ki, Konrad Laymer bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib. 28 yaşlı futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest