15 Noyabr 2025, 02:06
FUTBOL
"Çelsi" qış "transfer pəncərəsi"ndə 16 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi "İndependiente del Valle"nin gənc müdafiəçi Deyner Ordonezinin keçidini həll edib. Tərəflər qışda müqavilə imzalayacaqlar. Lakin Deyner 2028-ci ildə komandaya qoşulacaq.
London klubu 16 yaşlı futbolçunun gələcəkdə Levi Kolvilli əvəz edə biləcəyini düşünür.












