20 Noyabr 2025, 21:46
FUTBOL
"Əl-İttihad"ın 37 yaşlı hücumçusu Kərim Benzema "Monako"nun yarımmüdafiəçisi Pol Poqbaya hədiyyə təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Footmercato" paylaşıb.
Bildirilir ki, fransalı hücumçu Poqbaya üzərində "Qardaşım üçün" yazılmış "Əl-İttihad" formasını göndərib.
Qeyd edək ki, Poqba məşq zamanı aldığı zədədən sağalıb və Fransa klubunda Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı matçda oynaya biləcək.
Oyunçu hələ "Monako"da bir dəfə də olsun meydana çıxmayıb. Onun sonuncu çıxışı 2 il əvvəl, 2023-cü ilin sentyabrında, "Yuventus"da "Empoli"yə qarşı 28 dəqiqə oynadığı vaxt olub.
Poqba dopinq cəzasını çəkdikdən sonra 2025-ci ilin yayında "Monako"ya azad agent kimi qoşulub.












_1763673824.jpg)