"Real" və Antonio Rüdiger yeni müqavilə ilə bağlı danışıqlara açıqdırlar.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, Alman müdafiəçi zədəsini sağaltmağa davam etdiyi üçün tərəflər hazırda danışıqları dayandırıblar. Rüdiger meydana qayıtdıqdan sonra danışıqları davam etdirməyi planlaşdırırlar.

Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Həm "Real", həm də oyunçu tərəfdaşlıqlarını davam etdirməyə hazırdırlar.

Qeyd edək ki, mərkəz müdafiəçisi 2022-ci ildən bəri Madrid klubunda oynayır. Bu mövsüm alman oyunçu yalnız bir dəfə meydana çıxıb. Onun dekabr ayında bud əzələsindən aldığı zədədən sağaldıqdan sonra meydana çıxacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest