"Mançester Yunayted" "qış transfer" pəncərəsi zamanı "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomesi transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıbş

Bildirilir ki, braziliyalı futbolçu ilə "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim maraqlanır.

Mançester klubunda Qomesi "Brayton"dan Karles Baleba və "Nottinqem Forest"dən Elliott Andersona daha ucuz alternativ kimi görürlər. Qeyd olunur ki, "Mançester Yunayted" 24 yaşlı Qomesin transferi üçün təxminən 50 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, "Vulverhempton"un yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

Qomez Braziliya millisində 10 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest