Leverkuzen "Bayer"inin müdafiəçisi Alexandro Qrimaldo iki Avropanın nəhənginin maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, sözügedən klublar "Barselona" və Münhen "Bavariya"sıdır. Lakin 30 yaşlı futbolçunun prioriteti İspaniyaya qayıtmaqdır.

Grimaldo ilə ötən yay "Real" maraqlanıb, lakin transfer baş tutmayıb.

Qeyd edək ki, bu mövsüm müdafiəçi "Bayer" ilə bütün yarışlarda 15 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub və transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.

Grimaldo Barselonanın gənclər sisteminin məhsuludur; o, 2008-ci ildən 2012-ci ilə qədər Kataloniya klubunun akademiyasında olub və 2015-ci ilə qədər Barselona B-də oynayıb, lakin hələlik İspaniya çempionlarının böyüklər komandasında bir dəfə də olsun meydana çıxmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest