Şotlandiya millisi və "Napoli"nin yarımmüdafiəçisi Skot Maktominey Danimarka ilə oyunda (4:2) yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, akrobatik tullanışla fərqlənən şotlandiyalı futbolçu topa 253 santimetr hündürlükdə zərbə endirib.

Bununla da o, Kriştiano Ronaldonun 2018-ci ildə müəyyənləşdirdiyi rekordu (238 sm) 15 santimetr geridə qoyub.

Qeyd edək ki, Şotlandiya yığması 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsinə iştirak hüququ qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest