“Arsenal” A Seriyasında uğurlu mövsüm keçirən “Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyə maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

London klubu 28 yaşlı futbolçunu izləyən yeganə komanda deyil. Ona “Tottenhem”, “Everton” və futbolçunun keçmiş klubu “Mançester Yunayted” də diqqət yetirir.

Neapolluların baş məşqçisi Antonio Konte Maktomineyi komandanın əsas oyunçularından biri hesab edir. Buna görə də “Napoli” onun qiymətini ən azı 80 milyon avro dəyərində müəyyənləşdirib və daha ucuz satmaq niyyətində deyil.

Şotlandiyalı futbolçu İtaliyada özünü rahat hiss edir. O, yalnız xüsusi bir təklif olarsa, Premyer Liqaya qayıtmağa hazırdır.

Maktominey cari mövsümdə bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest