28 Noyabr 2025, 12:19
AVROPA LİQASI
İspaniyanın "Betis" klubu Avropa Liqası Liqa mərhələsinin "Utrext"lə matçında iki itki ilə üzləşib.
Matc.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan İsko ilə Sofian Amrabat sıradan çıxıblar.
Xoşagəlməz hal oyunun 3-cü dəqiqəsində baş verib. Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.
Qeyd edək ki, "Betis" - "Utrext" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.












