04 Dekabr 2025, 21:00
FUTBOL
"Mançester Yunayted" 18 yaşlı yarımmüdafiəçi Kristos Muzakitis üçün "Olimpiakos"a 28 milyon avro təklif edib.
Matc.az xəbər verir ki, bu barədə "Sport Time" məlumat yayıb.
Bildirili rki, "qırmızı şeytanlar" bir ildən çoxdur ki, yunanıstanlı oyunçunu izləyir.
Qeyd edək ki, bu mövsüm Muzakitis bütün yarışlarda 16 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avrodur.












