05 Dekabr 2025, 00:21
FUTBOL
Joan Laporta "Barselona" klubunun prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürməyəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.
"Yenidən namizədliyini irəli sürə bilərəm, amma bunu planlaşdırmıram. Bu, yersiz olardı", - Laporta deyib.
Laportanın hazırkı səlahiyyət müddəti 2027-ci ildə bitir. 63 yaşlı funksioner 2021-ci ildən bəri "Barselona" klubunun prezidentidir. O, əvvəllər bu vəzifəni 2003-cü ildən 2010-cu ilə qədər tutub.
Onun rəhbərliyi altında komanda 6 İspaniya çempionluğu, 3 İspaniya Kuboku, 4 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, bir UEFA Superkuboku və bir FIFA klublararası dünya çempionatı qazanıb.












