04 Dekabr 2025, 21:35
DÇ-2026
Bu gün dünya çempionatının kuboku ABŞ paytaxtına çatdırılıb.
Matc.az xəbər verir ki, kubok sabah keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatmasından əvvəl Vaşinqtona aparılıb.
Turnir üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın ilk oyunu 11 iyun 2026-cı ildə baş tutacaq. Çempionat 19 iyulda keçirilməsi planlaşdırılan final matçı ilə yekunlaşacaq.
Qeyd edək ki, turnir tarixində ilk dəfə olaraq final mərhələsində 12 qrupa bölünmüş 48 komanda iştirak edəcək.












