Avropa Oyunlarında cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək. Matc.az saytının məlumatına görə, həm kişilər, həm də qadınlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar.
Avropa Oyunlarında cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.
ölkəmiz Avropa Oyunlarında 9 kişi və 6 qadın cüdoçu ilə təmsil olunacaq.
II Avropa Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular: Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra - Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), Irina Kindzerska (+78 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq).