Minskdə keçiriləcək II Avropa Oyunlarında çıxış edəcək Azərbaycanın güləş yığmalarının yekun heyətləri müəyyənləşib. Matc.az xəbər verir ki, "Minsk 2019"da ölkəmizi 16 pəhləvan təmsil edəcək.

Onlardan 6-sı sərbəst güləş, 5-i yunan-Roma, 5-i isə qadın güləşində yarışacaq. Yekun heyətdə fiziki hazırlığı istənilən səviyyədə olmayan olimpiya çempionu Toğrul Əsgərovu Hacımurad Hacıyev, çəki problemi olan Cəbrayıl Həsənovu isə Aleksandr Qostiyev əvəzləyib.

Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq);

Yunan-Roma güləşi: Sakit Əliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);

Qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)

Qeyd edək ki, Azərbaycan yığması 21-30 iyun tarixində baş tutacaq II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunacaq. Güləş yarışları iyunun 25-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest