Londonun "Arsenal" klubu türk hücumçu Arda Güler üçün "Real"a təklif göndərmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Bildirilir ki, sövdələşmənin dəyəri 80 milyon avroya çata bilər.

Türkiyə millisinin futbolçusu "Liverpul" və "Mançester Yunayted"in də maraq dairəsindədir. Lakin Madrid təmsilçisi 20 yaşlı hücumçunu klubun uzunmüddətli layihəsinin bir hissəsi kimi görərək onu buraxmaq istəmir.

Qeyd edək ki, Arda cari mövsüm 27 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. O, 2023-cü ilin iyul ayından "Real"da çıxış edir. Türk yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. "Transfermarkt" onu 90 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest