"Məhəmməd bin Zayed" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim məşq-toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gəlib.

"Məhəmməd bin Zayed" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin qolunu Murad Məmmədov vurub.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest