13 Yanvar 2026, 17:53
FUTBOL
İrfan Can Kahvecidən sonra "Fənərbaxça"nın daha bir futbolçusu "Kasımpaşa"ya keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul təmsilçisi Cenk Tosunu icarəyə götürmək istəyir. "Kasımpaşa" 34 yaşlı forvardla razılıq əldə edib. Klublar anlaşsa, keçid yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.






_1768327404.jpg)





