13 Yanvar 2026, 19:00
FUTBOL
"Borussiya" və "Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Real"dan gələcək təklifi nəzərdən keçirməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Florian Plettenberq paylaşıb.
Bildirilir ki, klub yayda yeni məşqçi təyin etmək qərarına gələrsə, alman mütəxəssis "Real"ın baş məşqçisi vəzifəsinə namizədlərdən biridir.
Xatırladaq ki, Madrid klubu daha əvvəl ötən yay komandanı idarə edən Xabi Alonsonun ayrıldığını açıqlayıb. "Real"ın hazırkı baş məşqçisi Alvaro Arbeloadır.
"Real" İspaniya çempionatının turnir cədvəlində 19 oyunda 45 xalla ikinci yerdədir.





_1768327404.jpg)






