15 Yanvar 2026, 22:05
FUTBOL
"Atletiko" argentinalı cinah oyunçusu Culiano Simeone ilə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə dörd il yarım müddətinə, 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Culiano "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur. Futbol karyerasına "River Pleyt"də başlayan Simeone Madrid klubunun akademiyasına 2019-cu ildə, 17 yaşında qoşulub.
Bu mövsüm Culiano "Atletiko"da bütün yarışlarda 27 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun hazırkı transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Argentina millisində isə 9 oyunda 1 qol vurub.












