15 Yanvar 2026, 14:40
FUTBOL
"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri "Everton"dan sonra daha bir klubun transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, "Napoli" mərakeşli forvardı heyətinə qatmaq istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtaliya çeempionu En-Nesiri üçün İstanbul klubuna təklif göndərib. "Napoli"nin planı 28 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürməkdir.
Qeyd edək ki, Yussef En-Nesisi 2024-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. O, komandanın heyətində keçirdiyi 77 oyunda 38 qol vurub.




_1768491808.jpg)
_1768490212.jpg)






