"Real"ın braziliyalı futbolçusu Vinisius Junior Kral Kubokunun 1/8 final mərhələsində irqçi təhqirə məruz qalıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri yayıb.

Hadisə ötən gün "Real"ın "Albasete" ilə (3:2) oyunundan sonra baş verib. Final fitindən sonra stadiondakı azarkeşlərdən biri Vinisiusa banan atıb. İnsident İspaniya Kral Futbol Federasiyasının əməkdaşı tərəfindən qeydə alınıb.

"Albasete" klubu rəsmi açıqlamasında insidentlə bağlı araşdırmalara start verildiyini və hadisəni törədən azarkeşin müəyyənləşdirilməsi üçün iş aparıldığını bildirib.

Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən "Real "ın formasını geyinir. O, Madrid klubu ilə 3 dəfə İspaniya çempionu olub və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest