Səudiyyə Ərəbistanı Pro Liqası klubu "Əl-İttihad"ın sahibi və prezidenti Ənmar Əl-Xaili Argentina millisinin hücumçusu Lionel Messiyə müqavilə təklif etdiyi barədə danışıb.
Matc.az xəbər verir ki, o, hücumçu ilə gələcəkdə müqavilə bağlamağa ümid etdiyini deyib.
"Mən onunla daha əvvəl, PSJ ilə müqaviləsi bitəndə əlaqə saxladım. Ona ildə 1,4 milyard avro təklif etdim, amma o, ailəsi ABŞ-ı üstün tutduğu üçün imtina etdi. Mən buna hörmətlə yanaşıram və "Əl-İttihad" onun qayıtmasını həmişə alqışlayacaq. O, istədiyi vaxt gələ bilər.
Əgər Leo müqavilə imzalamağa razı olsa, mən ona istədiyi qədər, hətta ömürlük qazanmasına imkan verən müqavilə təklif edəcəyəm. Messinin Səudiyyə Ərəbistanında bizim formanı geyinməsi mənim üçün maddi cəhətdən heç bir məna kəsb etmir. Mən Messini istəyirəm, çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olacağam", - deyə Əl-Xaili açıqlama verib.












_1768491808.jpg)