"Beşiktaş"ın yarımmüdafiəçisi Uilfred Ndidi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Tribuna Deportiva" nəşri məlumat yayıb.

"Valensiya" nigeriyalı futbolçunu heyətinə qatmaq istəyir. "Yarasalar"ın planı Ndidini satınalma bəndi ilə icarəyə götürməkdir.

"Valensiya" yaxın günlərdə İstanbul təmsilçisinə rəsmi təkliflə müraciət edəcək. 29 yaşllı dayaq yarımmüdafiəçisi özü La Liqada oynamağa isti yanaşır.

Qeyd edək ki, "Beşiktaş" Uilfred Ndidini mövsümün əvvəlində "Lester Siti"dən transfer edib. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest