19 Yanvar 2026, 10:58
FUTBOL
İspaniya La Liqasında 20-ci turun oyunları davam edir.
Matc.az xəbər verir ki, lider "Barselona" səfərdə "Real Sosyedad"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Məğlubiyyətə baxmayaraq, "Barselona" 49 xalla liderliyini davam etdirir. 24 xalı olan "Real Sosyedad" isə 8-ci yerdədir.
"Real Sosyedad" - "Barselona" 2:1
Qollar: Mikel Oyarsabal, 32, Qonçalo Qedeş, 71 - Markus Reşford, 70












