"Napoli"nin futbolusu Noa Lanq karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qalatasaray" niderlandlı vingerlə 3,5 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Noa Lanq bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest