2025-ci il Afrika Millətlər Kubokunun finalında Seneqal və Mərakeş üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Moulay Abdullah İdman Kompleksində keçirilən oyunda Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın yeganə qolunu 94-cü dəqiqədə Pap Geye vurub.

Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda seneqallı oyunçuların qolu video icmaldan sonra hesabdan silinib və Seneqalın qapısına penalti təyin edilib.

Seneqal millisinin baş məşqçisi Pap Tiyav etiraz əlaməti olaraq komandanın oyunçularını meydandan çıxarıb. 15 dəqiqə sonra seneqallı futbolçular meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diazın penalti zərbəsinin qarşısını alıb.

Finala gedən yolda Seneqal pley-off mərhələsində Sudan, Mali və Misiri məğlub edib. Mərakeş isə Nigeriya, Kamerun və Tanzaniya üzərində qələbə qazanıb.

Seneqal üçün bu, onların dördüncü finalı olub və ikinci dəfə Afrika Kubokunu qazanıb. Onlar ilk dəfə 2021-ci ildə çempion olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest