İngiltərənin "Çelsi" klubu "Renn"in müdafiəçisi Jeremi Jake ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 20 yaşlı futbolçu London klubuna keçməyə hazırdır, lakin danışıqlar davam edir. "Renn" fransız oyunçu üçün 65 milyon avro istəyir.

Jeremi "Renn"in gənclər sisteminin yetirməsidir. Bu mövsüm o, Fransa çempionatında 16 oyun keçirib və hər birində start heyətində yer alıb. "Transfermarkt" portalında onun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest