20 Yanvar 2026, 09:24
FUTBOL
Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.
Matc.az xəbər verir ki, son oyun günündə "Beşiktaş" doğma meydanda "Kayserispor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 32-yə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Kayserispor" isə 16-cı yerdədir.
"Beşiktaş" - "Kayserispor" 1:0
Qol: El Bilal Ture, 90+5












