Avropa Liqasının qrup mərhələsinin II turu "Qarabağ" üçün tarixi əhəmiyyət kəsb edir. Matç.az saytı xəbər verir ki, Ağdam təmsilçisi qitə miqyaslı turnirlərdə 100-cü matçına  çıxacaq.

İngiltərənin "Arsenal" klubu ilə oktyabrın 4-də keçiriləcək qarşılaşmayadək təmsilçimiz 99 avrokubok görüşünə çıxıb. Bu oyunlarda 35 qələbəsi olan "Qarabağ" 27 heç-heçə edib və 37 dəfə uduzub.

Ağdamlıların avrokuboklarda debütü 1996/97 mövsümünə təsadüf edib. Kuboklar Kubokunun təsnifat mərhələsinə qatılan təmsilçimiz evdə keçirdiyi ilk oyunda "MüPA"ya uduzub – 0:1. Bu matç 1996-cı il avqustun 8-də baş tutub.

Arxada qalan 22 ildən artıq müddətdə "Qarabağ" mümkün olan bütün turnirlərdə iştirak edib. Altıqat Azərbaycan çempionu çempionlar Liqası, indi Avropa Liqası adlanan əvvəlki UEFA kuboku, həmçinin artıq mövcud olmayan Kuboklar kuboku və İntertoto kubokunda da qüvvəsini sınayıb.

 

Qeyd edək ki, "Arsenal"la Bakı Olimpiya Stadionundakı matç həm də 50-ci ev oyunu olacaq. öz meydanında 49 görüşə çıxan "Qarabağ" 20 qələbə qazanıb, 14 heç-heçə edib və 15 dəfə uduzub.

 

çempionlar Liqası

30

11

11

8

29-25

Avropa Liqası

61

23

15

23

64-72

Kuboklar Kuboku

4

0

1

3

1-12

İntertoto Kuboku

4

1

0

3

2-11

Cəmi

99

35

27

37

96-120

Evdə

49

20

14

15

56-41

Səfərdə

50

15

13

22

40-79

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest