Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib. Matc.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının iki boksçusu rinqə çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Millimizin digər üzvü Rahil Məmmədli (91 kq) də ilk qarşılaşmasına çıxıb. 1/16 final çərçivəsində baş tutan qarşılaşmada təmsilçimiz bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gəlib. Döyüşdən məğlub ayrılan Məmmədli Avropa Oyunlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, "Uriçye Arena"da təşkil olunan yarışda bu gün Məhəmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest